Главная > Mədəniyyət > Masallıda "Bahar nəfəsli Şuşa" adlı virtual kompozisiya nümayiş olunub

Masallıda "Bahar nəfəsli Şuşa" adlı virtual kompozisiya nümayiş olunub


16-03-2021, 14:31. Разместил: yeni321
Masallıda "Bahar nəfəsli Şuşa" adlı virtual kompozisiya nümayiş olunub
 
Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı növbəti - "Bahar nəfəsli Şuşa" adlı ədəbi-bədii kompozisiyasını teatr həvəskarlarına təqdim edib.
Xalq təqviminə görə ilin sonuncu - Torpaq çərşənbəsi münasibətilə hazırlanmış virtual tamaşada baharın gəlişi, təbiətin oyanışı bahar ovqatlı şeir ifaları ilə tamaşaçılara çatdırılıb. Eyni zamanda səhnə ustaları təbiətin canlanmasını Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azadlığı və dirçəlişi ilə rəmzlər vasitəsilə əlaqələndiriblər.
Tamaşada həmçinin, tanınmış sənət adamları musiqi nömrələri ifa ediblər.
Kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında teatrın rejissoru Cəmaləddin Əliyev, sənətçilər Atamoğlan Zahid və Məhbub Şüküroğlu, bədii qiraətçi Ziyafət Hüseynov, aktyor Cavid Quliyev, prodüser Mərhəmət Lələyev, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları və digərləri iştirak ediblər.
Qeyd edək ki, ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
 
 

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад