Главная > Mədəniyyət > Masallıda “Zəfər müjdəli bahar” adlı onlayn tədbir keçirilib

Masallıda “Zəfər müjdəli bahar” adlı onlayn tədbir keçirilib


17-03-2021, 13:25. Разместил: yeni321
Masallıda “Zəfər müjdəli bahar” adlı onlayn tədbir keçirilib 

Masallı rayon R. Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyində Novruz bayramı ilə bağlı “Zəfər müjdəli bahar” adlı onlayn tədbir keçirilibr.
Karantin rejiminin qaydalarına uyğun keçirilmiş tədbirdə muzeyin əməkdaşları və rayonun Qızılavar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə, şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışı zamanı Novruz bayramının qeyd edilmə tarixi və ənənələri, çərşənbələr və bayram günü icra olunan bir sıra unudulmuş ayin və mərasimlər barədə geniş söhbət açıb. O, qeyd edib ki, Novruz bayramının qeyd olunması xalqımız üçün əlamətdar olan mühüm tarixi günlərə təsadüf edir. Belə ki, Qarabağda qazandıqımız tarixi qələbə hər bir Azərbaycanlının qəlbində yer etmiş vətən nisgilini bahar təravətli nikbinlik və qürur əvəz edib. Ə. Tağıyeva həmçinin, qədim zamanlarda Novruz mərasimləri zamanı istifadə olunmuş bir sıra tarixi əşyalar haqda da bəhs edib.
Muzeyin elimi işçisi Dilgüşə Məmmədova Novruz adət-ənənlərinin qorunması, gələcək nəsillərə ötürülməsi və təbliği işində gənclərin rolunun əhəmiyyətindən söz açıb.
Çıxışçılar bahara zəfər ovqatı qatan şəhidlərin müqəddəs ruhuna dərin ehtiram ifadə edərək, onların valideynlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, məktəblilərə dərslərində uğurlar arzulayıblar.
Sonra Qızılavar kənd tam orta məktəbi şagirdlərinin ifasında Novruz bayatıları və şeir kompozisiyaları dinlənilib.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiya zalında təşkil olunan virtual bahar sərgisi ilə tanış edilib.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад