Главная > Mədəniyyət > Masallıda “Qələbə ətirli yaz" adlı tədbir-ekskursiya

Masallıda “Qələbə ətirli yaz" adlı tədbir-ekskursiya


19-03-2021, 18:17. Разместил: yeni321
Masallıda “Qələbə ətirli yaz" adlı tədbir-ekskursiya 

Məktəblilər üçün "Qələbə ətirli yaz" adlı tədbir-ekskursiya təşkil edilib.
Martın 18-də Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Novruz bayramı münasibətilə “Qələbə ətirli yaz” adlı tədbir keçirilib. Tədbirdə muzeyin əməkdaşları və tədbirə onlayn vasitələrin köməyi ilə qoşulan rayonun Dəmirçi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə əvvəlcə, muzeyin etnoqrafiya bölməsində sərgilənən qədim məişət əşyaları, təsərrüfat alətləri, xalq sənətkarlığı nümunələri və digər eksponatların vaxtı ilə Novruz mərasimləri zamanı geniş istifadə olunmasından bəhs olunub. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva Novruz adət-ənənələri haqqında danışıb. Belə ki, müəssisə rəhbəri bayramın yaranma tarixi və qeyd olunduğu ölkələr barədə ümumi məlumatlardan sonra, Novruz atributları, bayramla bağlı qədim ayinlər, folklor nümunələri, xalq oyunları və s. barədə ətraflı danışıb. O, həmçinin xalqımızın uzunmüddətli vətən həsrətinə son qoyub, bahar bayramına zəfər əhval-ruhiyyəsi bəxş etdiklərinə görə ordumuzun qəhrəman əsgər və zabitlərinə minnətdarlıq edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra muzeyin əməkdaşları tərəfindən sözügedən təhsil müəssisəsinin şagirdləri üçün virtual ekskursiya təşkil edilib.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад