Главная > Mədəniyyət > Masallının mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər

Masallının mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər


22-03-2021, 18:06. Разместил: yeni321
Masallının mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər 

Mədəniyyət sahəsi üzrə yerli həmkarlar təşkilatının dəstəyi ilə şəhid ailələri ziyarət olunub.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Masallı rayon komitəsinin təşkilatçılığı və maddi dəstəyi, Masallı Regional Mədəniyyət İdarəsinin rəhbər işçilərinin iştirakı ilə şəhid ailələri və müharibə qaziləri Novruz bayramı münasibətilə ziyarət olunub.
Komitə sədri və mədəniyyət işçiləri əvvəlcə, rayon mərkəzində şəhid Vüsal Balarəzi oğlu Hadıyevin ailəsinə baş çəkiblər.
Sonra rayonun Ərkivan qəsəbəsi və Hişkədərə kəndində vətənin qəhrəman şəhid övladlarından Famil Habil oğlu Əlizadə, leytenant Zaur Vaqif oğlu Hüseynov və Vüsal Aslan oğlu Məhərrəmovun ailələrini, həmçinin Rüdəkənar kəndində qazi Arzuman Əlipaşa oğlu Həbibovu ziyarət ediblər. Görüşlər zamanı mədəniyyət işçiləri valideynlərin dərdinə şərik olduqlarını ifadə edib, onlara Allahdan səbir diləyib, ailələrin qayğıları və maddi ehtiyacları ilə maraqlanıblar.
 Ailələri bayram münasibətilə təbrik edən mədəniyyət işçiləri onlara Novruz sovqatı təqdim ediblər.
Şəhidlərin məzarı ziyarət olunub, ruhlarına dualar oxunub.

www.yeniheyet.az
 
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад