Главная > Mədəniyyət > Masallıda "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub

Masallıda "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub


29-04-2021, 20:31. Разместил: yeni321
Masallıda "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub 

Masallı rayon İcra Hakimiyyəti və Masallı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mir Şahinin "Dəmir Yumruq" sənədli filmi nümayiş olunub. Karantin rejiminin tələbləri gözlənilməklə mərkəzin tədbir salonunda təşkil edilmiş film nümayişində müharibə iştirakçıları, qazilər, məktəblilər iştirak edib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişinə başlamazdan əvvəl Masallı rayon icra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova qonaqları salamalayaraq, qazilərə, müharibə iştirakçılarına İkinci Qarabağ müharibəsində göstərdikləri şücaətə görə dərin minnətdarlıq ifadə edib, onlara möhkəm cansağlığı arzulayıb.
"Dəmir Yumruq" sənədli filmi haqqında məlumat verən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, film Vətən müharibəsi dövründə bütöv bir xalqın yumruq tək birləşməsi simvolu kimi dəyərləndirilir və bu filmi izləyəcək hər kəs ölkəmizin cənubunda, şimalında, qərbində, şərqində yaşayan azsaylı xalqlarımızın gənclərinin torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərinin şahidi olacaq.
Sonra filmə baxış keçirilib.

Akif AĞAYEV,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад