Главная > Mədəniyyət > Masallı Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Masallı Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub


30-04-2021, 20:46. Разместил: yeni321
Masallı Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.
Yeniheyet.az Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi Feysbuk səhifəsinə  istinadən xəbər verir ki, aprelin 30-da rəis B. Qılıncov kollektivlə tanışlıq məqsədilə idarədə görüş keçirib. İdarə rəisi əməkdaşlarla görüşü zamanı nazir Anar Kərimovun müvafiq tapşırıq və tövsiyələrini kollektivin nəzərinə çatdırıb. O, eyni zamanda nazirlik sistemində aparılan islahatlar, yeni çağırışlar, qarşıda görüləcək işlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. B. Qılıncov həmçinin idarənin bundan sonrakı fəaliyyəti ilə bağlı əsas cəhətlər, o cümlədən nazir A. Kərimovun tapşırıqlarından irəli gələn bir sıra yeni vəzifələr barədə danışıb və onların icrası ilə bağlı fikirlərini idarə əməkdaşları ilə bölüşüb.
Rəis daha sonra idarənin fəaliyyəti ilə daha yaxından tanış olub.
Əlavə edək ki, B. Qılıncov sonuncu təyinata qədər Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində məsul vəzifədə çalışıb.

Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад