Главная > Mədəniyyət > Masallının mədəniyyət işçiləri şəhid ailələri və müharibə iştirakçısını ziyarət ediblər

Masallının mədəniyyət işçiləri şəhid ailələri və müharibə iştirakçısını ziyarət ediblər


10-05-2021, 17:59. Разместил: yeni321
 
Masallının mədəniyyət işçiləri şəhid ailələri və müharibə iştirakçısını ziyarət ediblər

Ramazan bayramı ilə əlaqədar şəhid ailələri və müharibə iştirakçısı ziyarət olunub.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılovun iştirakı ilə qarşıdan gələn Ramazan bayramı münasibətilə şəhid ailələri və müharibə iştirakçısı ziyarət olunub.
İdarə rəhbərliyi və komitə sədri əvvəlcə rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Sərvər oğlu Təhməzovun ailəsi ilə görüşüb.
Sonra Çaxırlı kəndində şəhid Məhəmməd Nail oğlu Vəliyev və Ziya Zahid oğlu Gözəlovun ailəsinin qonağı olublar.
Mədəniyyət işçiləri daha sonra Lürən kəndində müharibə iştirakçısı Asif Mirmövsüm oğlu Abdullayevi ziyarət ediblər.
Görüşlər zamanı idarə rəhbərliyi ailələri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, ehtiyacları ilə maraqlanıb və bayram sovqatı veriblər.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад