Главная > Mədəniyyət > Masallıda “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir
Masallıda “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir18-05-2021, 20:29. Разместил: yeni321 |
Masallıda “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyində 18 may “Beynəlxalq Muzeylər Günü” münasibəti ilə “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış“ mövzusunda tədbir keçirildi. Tədbirdə “Halay“ floklor qrupunun veteranları, mədəniyyət işçiləri , Asan xidmətin və muzeyin könüllüləri iştirak etdilər. İlk olaraq Qarabağda zəfər çalan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Muzeyin rəhbəri Əntiqə Tağıyeva muzeylərin mədəniyyətimizin tanınması və təbliği işində üzərinə düşən əsas işdən geniş danışaraq ,Beynəxalq muzeylər günü münasibəti ilə hamını təbrik etdi. O, builki muzeylər gününü daha fəxarətlə qeyd etdiyimizi və bütöv Azərbaycan olaraq əsil bayram əhval-ruhiyyəsində olduğumuzu vurğuladı. “Xarıbülbül” festivalının iştirakçıları olan “Halay“ folklor qrupunun rəhbəri Natəvan Əliyeva festivalda iştirak etdikləri iki gün müddətində keçirtdikləri təəssürat və hisslərdən tədbir iştirakçılarına geniş müəllumat verdi. Tədbirdə muzey rəhbərliyi tərəfindən pandemiya dönəmində muzey işinın təbliğində fərqlənən bir sıra gənclər Fəxri fərmanla təltif olundu. Tədbirin sonunda veteran “Nənələr” Cıdır düzündə ifa etdikləri “Qarabağ Azərbaycandır“ nəğməsini canlı səslədirdilər və xatirə şəkli çəkdirildi. www.yeniheyet.az Вернуться назад |