Главная > Mədəniyyət > Masallıda şəhidlərə həsr edilmiş kitabların təqdimatı

Masallıda şəhidlərə həsr edilmiş kitabların təqdimatı


20-05-2021, 11:44. Разместил: yeni321
Masallıda şəhidlərə həsr edilmiş kitabların təqdimatı 

  Masallı rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının 2021-ci il tarixdə Bakının “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Şəhidlər zirvəsinin fatehləri” və “Murad ömrü” kitablarının təqdimat mərasimi olub.
Pandemiya qaydaları gözlənilmək şərtilə keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova açaraq rayon rəhbəri Şahin Məmmədovun salamlarını iştirakçılara çatdırmışdır.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabın müəllifi, tanınmış jurnalist Gülsüm Adilqızı 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsindən, şəhidliyin uca məqamından danışmış, kitabların nəfis şəkildə ərsəyə çatmasında ona dəstək verənlərdən söhbət açmışdır. Kitablarda rayonumuzun Viləş kəndindən olan şəhid qardaşlar – Aprel şəhidi Nurlan Əsgərli və Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında geniş yazı verilib. Kitab yazısında qardaşların həyat və döyüş yolu işıqlandırılıb, şəkillərdən geniş istifadə olunub.
Şəhidlərə həsr edilmiş “Şəhidlər zirvəsinin fatehləri” və “Murad ömrü” kitablarının hər biri 2000 tirajla nəşr edilib.
Rayon Ağsaqqallar şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, Masallıda məskunlaşmış Şuşalı Rafiq Abbasov, «Əlil qadınlar» cəmiyyətinin sədri, “Tərəqqi” medallı Aminə Abıyeva, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, «Vətən uğrunda» medallı şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova və bağqaları çıxış edərək kitabın yüksək amal, Vətən uğrunda şəhid olanların haqqında əsl vətənpərvərlik ruhu ilə yazıldığını qeyd ediblər.
İki şəhidin anası Ziba Əsgərli övladlarının döyüş yolundan, onların vətənpərvərliyindən danışmış, kitabların müəllifinə təşəkkür etmişdir.
Tədbiri yekunlaşdıran Gülsüm Adilqızı kitabların təqdimatı üçün yaxşı şərait yaradıldığına görə rayon rəhbərliyinə minnətdarlıq bildirmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak etmişdir.
Hər iki yeni kitablarda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri toplanmışdır.

  www.yeniheyet.az
                                   
           шаблоны для dle 11.2
Вернуться назад