Главная > Mədəniyyət / Təhsil > Masallıda rəsm müsabiqəsi - “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”

Masallıda rəsm müsabiqəsi - “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”


22-05-2021, 11:21. Разместил: yeni321
“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda rəsm müsabiqəsinə yekun vurulub

Masallı Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyasına qarşı əsas müdafiə tədbirləri nəzərə alınaraq “Gənclər evi” sosial xidmət müəssisəsində Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə əlaqədar “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Mükafatlandırma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov tədirin əsas məqsədi barədə məlumat vermiş, müsabiqədə qalib gəlmiş gənclərimizi təbrik edərək onlara gələcəkdə vətənpərvər bir şəxsiyyət kimi formalaşmaqlarını arzulamışdır.
Rayon təhsil şöbəsinin metodisti Əkbər Mahmudov, Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru Məmmədağa Sadıqov qalibləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Müsabiqəsinin yekun nəticəsinə əsasən S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva İlahə Şöhlət qızı birici yerə, Qəzvinoba kənd ümumi orta məktəbinin IX sinif şagirdi Abbasova Sevgül Zöhrab qızı ikinci yerə, Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin VIII sinif şagirdi Hüseynova Zeynəb Natiq qızı üçüncü yerə layiq görülmüşlər. Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbin VIII sinif şagirdi Məmmədova Həcər Şahin qızı,şəhər 2 saylı tam orta məktəbin VI sinif şagirdi Babayeva Fatimə Rafiq qızı fərqlənmə diplomları ilə mükafatlandırılmışdır.
Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla,,Təhsil şöbəsi tərəfində isə diplomlarla mükafatlandırılıb.

 

www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад