Главная > Mədəniyyət > Masallı şəhər Mərkəzi Kitabxanasında kitab sərgisi

Masallı şəhər Mərkəzi Kitabxanasında kitab sərgisi


26-05-2021, 21:38. Разместил: yeni321
Masallı şəhər Mərkəzi Kitabxanasında kitab sərgisi  

Masallı Rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kitab sərgisi keçirilib.
Kitabxana qarşısında təşkil edilmiş sərgidə N.Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Bununla yanaşı, Ümummilli Lideri Heydər Əliyev haqqında yazılmış kitablara da yer verilib. Həmçinin kitabxana fonduna yenicə daxil edilmiş bir sıra yeni nəşrlər, bir-birindən maraqlı əsərlər də sərgilənib.
Sərginin təşkil edilməsində əsas məqsəd gənc nəslin nümayəndələrində kitaba maraq və sevgi aşılamaq, onları kitabxanalara cəlb etmək və asudə vaxtlarını kitab oxuyaraq daha səmərəli keçirmələrinə dəstək olmaqdır.
Sərginin keçirildiyi müddət ərzində müxtəlif yaşlı xeyli sayda oxucu sərgidə nümayiş olunan yerli və xarici ədəbiyyatla tanış olub, maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад