Главная > Mədəniyyət > Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş olunub

Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş olunub


22-05-2021, 22:45. Разместил: yeni321
Masallıda “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş olunub

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Elmir Akifzadənin xatirəsinə həsr olunmuş “Kövrələn buludlar” adlı virtual tamaşa nümayiş etdirilib.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhid Elmir Akifzadə ilə bağlı dövrü mətbuatda dərc edilmiş yazıların motivləri əsasında hazırlanmış "Kövrələn buludlar" adlı tamaşa-kompozisiyada mədəniyyət işçiləri və kollec tələbələri rol alıblar.
Virtual tamaşa baba və nəvələrin dialoqu ilə başlayıb. Sevimli nəvəsini döyüşlərdə itirmiş babanın nalə və iztirabları kövrək duyğularla izləyicilərə təqdim edilib.
Tamaşada, həmçinin şəhidlik zirvəsi və Vətən sevgisini ifadə edən şeir kompozisiyaları səsləndirilib. İstedadlı müğənni Miriş Hüseynov isə şəhid Elmir Akifzadəyə həsr etdiyi musiqi parçasını həzin notlarla ifa edib.
Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş etdirilib.
 шаблоны для dle 11.2
Вернуться назад