Главная > Mədəniyyət / Səhiyyə > “Səhiyyə uşaqların gözü ilə” - Masallıda rəsm sərgisi

“Səhiyyə uşaqların gözü ilə” - Masallıda rəsm sərgisi


1-06-2021, 08:49. Разместил: yeni321
“Səhiyyə uşaqların gözü ilə” - Masallıda rəsm sərgisi  

Masallı rayon Bioloji Təbabət Klinikasında Masallı Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə 1 İyun Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibətilə «Səhiyyə uşaqların gözü ilə» sərgisi təşkil edilmişdir.
Sərgidə Vətən şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra uşaqların çəkdikləri Vətən müharibəsi qəhrəmanları, koronavirusla mübarizədə iştirak edən həkimlərin portretləri, Şuşa şəhərinin və balaca fidanların əl işlərindən ibarət rəsmləri sərgilənmişdir.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sərgidəki portretlərə baxmış, tövsiyələrini vermişdir. Rayon rəhbəri sərgidə çıxış edərək demişdir ki, əziz balalar, sizinlə bir yerdəyəm. 44 günlük müharibə bizə xoş anlar yaşatdı. Biz torpaqlarımızı azad etdik. Bu Qələbə xalqımızın birliyindən doğdu. Hamı bir yumruq kimi birləşərək düşməni torpaqlarımızdan qovmağa nail oldu. Ölkə Prezidenti cənab İlham Əliyev dəmir yumruqdan istifadə edərək, düşməni yerində otuzdurdu, torpaqlarımız düşmən tapdağından azad edildi. Mən deyərdim ki, bu şanlı Qələbədə siz həkimlərin də zəhməti böyükdür. Siz həm yaralıları müalicə etdiniz, həm də koronavirusla mübarizədə böyük səylə çalışdınız. Sizin zəhmətiniz olmasaydı, rayonumuzda bu gözəgörünməz virus daha çox adamları yoluxdurardı. Odur ki, Masallı respublikada koronavirusa az yoluxan rayonlar sırasındandır.
Rayon rəhbəri koronavirusla bağlı və tədbirə görə klinikanın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Məktəbli uşaqlardan Yusif Əzizli «Xudayar təsnifi»ni məharətlə ifa etmiş, Gülşən Şahbazova Xalq şairi Səməd Vurğunun «Şuşa», Nuray Hüseynli isə «Xarı bülbül» şeirlərini söyləmişlər.
Bioloji Təbabət Klinikasının rəhbərliyi tərəfindən fərqlənən uşaqlara sertifikat, təşəkkürnamə və mükafatlar təqdim edilmişdir.
 

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад