Главная > Mədəniyyət / Təhsil > Masallıda kitab aksiyası keçirilib

Masallıda kitab aksiyası keçirilib


3-06-2021, 19:25. Разместил: yeni321
“Ümidim sənsən” İctimai Birliyinin kitab aksiyası 

Masallıda “Ümidim sənsən” İctimai Birliyi tərəfindən kitab aksiyası keçirilib.
Aksiyada İctimai birliyin təşkilatçılığı, iş adamlarının dəstəyi ilə Ərkivan qəsəbə 1, 2, 3 və 4 saylı tam orta məktəblərinin, ümumilikdə 100-dən çox müəllim və şagirdinə Hikimət Məmmədovun dəstəyi ilə, Ərkivan qəsəbə 5 saylı tam orta məktəbinin müəllim və şagirdlərinə Rusif Kərimovun dəstəyi ilə, həmçinin Çayqıraq kənd tam orta məktəbinin 60-dan çox müəllim və şagirdlərinə müxtəlif kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Ümidim sənsən” İctimai birliyinin sədri Ərkivan qəsəbə uşaq bağçasının tərbiyəçisi Fidan Abbaslıdır.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад