Главная > Mədəniyyət > Masallıda Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib

Masallıda Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib


8-06-2021, 19:48. Разместил: yeni321
“Yenə o bağ olaydı”  

Masallı Rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib.
Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. O, sevgi və gözəlliyi tərənnüm edən bir çox şeirlərin müəllifidir. Müşfiqin şeirlərində müxtəlif mövzulara dair fikirlər, o cümlədən sosial və mədəni problemlər öz əksini tapıb.
Kitabxananın əməkdaşı Arzu Hüseynova çıxışında qeyd edib ki, Mikayıl Müşfiq həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. Sovet imperiyasının repressiya dalğasına tuş gələn şair 1938-ci il yanvarın 6-da amansızlıqla qətlə yetirilib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад