Главная > Mədəniyyət / Təhsil > Masallıda “Qurtuluşdan Zəfərə - fidanların dili ilə” mövzüsunda tədbir

Masallıda “Qurtuluşdan Zəfərə - fidanların dili ilə” mövzüsunda tədbir


8-06-2021, 20:03. Разместил: yeni321
Masallıda “Qurtuluşdan Zəfərə - fidanların dili ilə” mövzüsunda tədbir 

Rəhim Tağıyev adına Masallı Rayon Tarix -Diyarşünaslıq Muzeyində Dəmirçi kənd ümumi tam orta məktəbinin şagirdlərinin iştirakı ilə “Qurtuluşdan Zəfərə - fidanların dili ilə” adlı tədbir keçirilib.
İlk olaraq Ulu öndər Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva 15 iyun Dirçəliş gününün tarixi əsaslarından və Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə bəxş etdiyi töhfələrdən, onun müasir Azərbaycanın möhkəm təməl üzərində durmasının əsasını qoyan bir şəxsiyyət olduğundan danışıb. Əməkdar mədəniyyət işçisi Ə.Tağıyeva Vətən müharibəsində qazanılan şanlı qələbənin ölkə başçımız İlham Əliyevin həyata keçirtdiyi ədalətli siyasətin nəticəsi olduğunu balaca fidanlara onların anlaycağı şəkildə izah edib.
Tədbirdə fidanların ifasında hazırlanan “Qurtuluşdan - Zəfərə” bədii kompozisiyası dinlənilib.
Sonda şagirdlər muzeyin ekspozisiya zalında sərgilənən şəhidlərimizin şəxsi əşyalarına və Ulu öndər Heydər Əliyevə aid sərgiyə baxış keçiriblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад