Главная > Mədəniyyət > Masallıda mədəniyyət işçisi Fəxri fərmanla təltif olunub

Masallıda mədəniyyət işçisi Fəxri fərmanla təltif olunub


28-06-2021, 12:33. Разместил: yeni321
Masallıda mədəniyyət işçisi Fəxri fərmanla təltif olunub
 
N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil Əli oğlu İsmailov mədəniyyət sahəsində uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə Masallı Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı ilə təltif olunub. İyunun 22-də adıçəkilən fəxri mükafat idarənin rəisi Bəxtiyar Qılıncov tərəfindən səbəbkara təqdim edilib.
V.İsmailov mədəniyyət sahəsində 70-ci illərdən fəaliyyət göstərir. Onun mədəniyyət sferasındakı fəaliyyətinin əksər hissəsi rayonun qocaman mədəniyyət ocaqlarından olan Mədəniyyət Mərkəzi ilə bağlıdır. Belə ki, V. İsmailov rayonun əsas yaradıcılıq mərkəzində əvvəlcə bədii rəhbər, sonra isə direktor vəzifəsinə təyin olunub və bugünədək bu məsul vəzifəni uğurla və layiqincə icra edir.
V. İsmailov bu illər ərzində özünü səriştəli mədəniyyət işçisi, bacarıqlı rəhbər və təşkilatçı kimi tanıda bilib. O, rayonun ictimai-mədəni həyatında daim fəal iştirak edib, yeni mədəni təşəbbüslərlə çıxış edir.
V. İsmailov mədəniyyət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti və göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif mükafatlara, fəxri fərman və diplomlara layiq görülüb.
Vəkil İsmailovu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад