Главная > Mədəniyyət > HAQQ İNSAN
HAQQ İNSAN28-06-2021, 15:58. Разместил: yeni321 |
HAQQ İNSAN Məhşur ingilis yazıçısı və publisisti, fantastik romanlar müəllifi Herbert Uels deyirdi ki, haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. Bu gün özünün həyat və yaradıcılığı ilə Azərbaycan ictimai-siyasi və mədəni fikrinin ən böyük haqqı, xalqa öz haqqını daddıran, bunu vicdan, əqidə işinə çevirməyi bacaran maarifpərvər ziyalı, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür. Şübhəsiz, onun azərbaycanlı olması Tanrının bizə lütfüdür. Hərdən düşünürəm ki, Həsən bəy kimi Tanrı lütfləri olmasaydı, biz indi hardaydıq. Amma sonra da düşünürəm ki, bu xalq Həsən bəy və onu kimi neçə-neçə fədakarları, fədailəri yetişdirmək potensialına malik xalqdır. Görünür, elə bu göstəricinin özüdür Tanrının lütfü. Zamanında Həsən bəyi bəlkə də anlamadıq, onun nə üçün çarpışdığının fərqinə varmadıq. Amma Tanrı böyükdür. Zərdabiyə verdiyimiz dəyərlə bizi vicdanımıza hesab verməkdən xilas edir. Bəlkə də bizi haqqımızla qovuşdurur. Ruhun şad olsun, haqq İnsan! Nə yaxşı ki, varımızsan! Əflatun AMAŞOV, Azərbaycan Mətbuat Şurasının sədri. Вернуться назад |