Главная > Mədəniyyət > MASALLI - “Yaz festivalı"nın qalibləri müəyyən olunub

MASALLI - “Yaz festivalı"nın qalibləri müəyyən olunub


28-06-2021, 23:50. Разместил: yeni321
MASALLI - “Yaz festivalı"nın qalibləri müəyyən olunub

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən virtual "Yaz festivalı"nın qalibləri müəyyən olunub.
Festival 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan olunması, həmçinin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilib.
Masallı rayonunun Musaküçə kənd Sənətkarlıq evinin bədii rəhbəri Ziyafət Hüseynov bədii qiraət üzrə ikinci, rəsm (əl işləri) üzrə Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi Nurgül Cəfərova birinci, Masallı Rayon Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov ikinci, Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi Səbinə Həbibova üçüncü yerə layiq görülüb.
Digər qalan yerlərə isə Cəlilabad rayonundan 10 iştirakçı sahib olub.
Münsiflər heyəti tərəfindən müəyyən edilən qaliblər yaxın günlərdə Masallı Regional Mədəniyyət İdarəsinin Diplomu ilə təltif ediləcək.
Məlumat üçün bildirək ki, bir ay (12 may- 12 iyun) davam edən festivalda dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını tərənnüm edən bədii qiraət və rəsm olmaqla 2 sənət istiqaməti üzrə təqdimatlar münsiflərin seçiminə verilib.

Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад