Главная > Mədəniyyət > Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur

Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur


16-07-2021, 16:06. Разместил: yeni321
Mediamız yeni inkişaf mərhələsinə qədəm qoyur

Dövlətimiz 2021‒2030-cu illəri əhatə edən yeni strateji dövrə daxil olur. Respublikamızın mədəni inkişafı yönümündə mediamız tarixi dönüş mərhələsinə qədəm qoymaqdadır. Buna rəğmən ötən illər ərzində də bu sahədə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində milli mətbuatımız müasirləşib, KİV əməkdaşlarının rifahı üçün bir sıra tərəqqipərvər layihələrə imza atılıb.
Qarşıya qoyulmuş ali məqsədə nail olmaq üçün suveren ölkəmizin əsas inkişaf istiqamətlərini, buna müvafiq olaraq milli prioritetlərini döğru-düzgün müəyyən etməliyik.  
Bu il 22 iyul – Milli Mətbuat və Jurnalistika Gününün qeyd edilməsi   torpaqlarımızın işğaldan azad edilməsi, Böyük Zəfərimizdən sonra bizlərə bəxş edilən sonsuz sevinc hissləri ilə üst-üstə düşür, qürurverici anlar yaşayırıq, mediaçıların bayramına xüsusi rəng qatır, ovqat gətirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər geniş diapazona malik media islahatlarına start verilib. Dövlətin müəyyən layihələrinin, xüsusən də jurnalistlərin peşəkarlığının artırılması, eləcə də dünya media standartlarının öyrənilməsi və cəmiyyətə çatdırılması ilə bağlı işlərin stimullaşdırması faydalı nəticələr verir. Ölkə rəhbərinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması buna bariz nümunədir.
Demək olar ki, media sahəsində yeni inkişaf mərhələsənin başlanğıcına qədəm qoyduq. Elə gözləntimiz də bu idi. Çünki KİV sahəsində illər boyu qalaqlanmış bəzi boşluqlar ümumi işimizə xələl gətirirdi. Odur ki, keyfiyyət dəyişikliyinə ehtiyac duyulurdu. Eyni zamanda oxucunun obyektiv və peşəkar şəkildə məlumatlatlanmasından dolayı daha stimullaşdırıcı islahatlara yer verilməli idi.
Artıq media qanunvericiliyi sahəsində bir sıra işlər reallaşmaqdadır.
Ümidvarıq ki, yeni təsis edilən Medianın İnkişafı Agentliyi milli mediamızın inkişafına yeni töhfələr verəcək, dünya media subyektləri ilə əməkdaşlığa geniş imkanlar açılacaq. Media aktivliyi, informasiya təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək, milli maraqlarmız qorunacaq.
Yeni qanunvericiliklə media fəaliyyətinin sərhədlərini və göstəricilərini dəqiq müəyyənləşdirmək imkanı əldə edəcəyik. İnanırıq ki, mediamızın yaşadılması üçün üzərində beynəlxalq standartların tətbiqinə uyğun daha möhkəm özül qurulacaq.
Yaradılacaq geniş imkanlardan istifadə etməklə milli mətbuatımızın güclü potensialına etibarlı zəmin yaradaq. Bütün sahələrə yaxşı mənada nüfuz edəcək medianın cəmiyyətdəki, həyatımızdakı önəmli rolunu möhkəmləndirək.

Akif AĞAYEV,
AJB-nin üzvü.шаблоны для dle 11.2
Вернуться назад