Главная > Mədəniyyət > "MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"

"MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR"


18-07-2021, 14:20. Разместил: yeni321
"MƏTBUAT CƏMİYYƏTİN GÜZGÜSÜDÜR" 

Masallı Rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar "Mətbuat cəmiyyətin güzgüsüdür" mövzusunda tədbir keçirilib.
Kitabxananın direktoru Əlhəddin Nəzərov çıxışında bildirib ki, 1875-ci ildə təməli qoyulan milli mətbuatımız milli-mənəvi dəyərlərin, tarix və mədəni irsin, xarici və daxili siyasətin təbliği, Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. O, qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqilliyini əldə edən dövlətçilik ənənələrimizin formalaşması və qorunmasında, iqtisadi inkişafın Azərbaycan modeli, iqtisadi-siyasi islahatlarla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında milli mətbuatımızın rolu əvəzsizdir.
Kitabxananı əməkdaşı Rasif Dadaşov və başqaları çıxışlarında vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin söz və media azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:”Bu gün ölkəmizdə peşəkar medianın sərbəst və müstəqil fəaliyyəti üçün münbit şərait yaradılıb.”
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад