Главная > Mədəniyyət > Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"

Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi"


22-07-2021, 18:41. Разместил: yeni321
Masallıda tədbir – "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi" 

Masallıda rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar "Heydər Əliyev və müasir Azərbaycan Mətbuatının inkişaf tarixi" mövzusunda tədbir keçirilib.
Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə ilk öncə vətən uğrunda canlarından keçən şəhidlərin və şəhid olmuş jurnalistlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Məhz ulu öndər Heydər Əliyevin sayəsində milli mətbuatımız ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Bu gün respublikamızda milli mətbuata olan diqqət və qayğı, söz və fikir azadlığının təminatı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir.
 
Daha sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Milli Mətbuatımızın tarixindən söz açıb. O, qeyd edib ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş «Əkinçi» qəzetinin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkülündə əvəzsiz rolu olmuşdur. Milli mətbuatımızın bərqərar olmasında H.B.Zərdabinin adını çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisi naminə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti böyük qürurla qeyd etməliyik. 1998-ci ildə ümummilli lider tərəfindən senzuranın ləğvi Azərbaycanda azad mətbuatın inkişafına təkan vermişdir.
Sonda hər iki müəssisənin əməkdaşları və Mərkəzin könüllüləri Tarix-Diyarşünaslıq Muzeyində Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçiriblər.

www.yeniheyet.az

 

 

 

шаблоны для dle 11.2
Вернуться назад