Главная > Mədəniyyət > Masallılı heykəltəraş Vətən Müharibəsi Qəhrəmanının büstünü hazırlayıb

Masallılı heykəltəraş Vətən Müharibəsi Qəhrəmanının büstünü hazırlayıb


2-08-2021, 20:34. Разместил: yeni321
Heykəltəraş İlqar Balayev Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun büstünü hazırlayıb

Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış heykəltəraş İlqar Balayev bir sıra əsərlərin müəllifidir. Bu dəfə o, İkinci Qarabağ müharibəsi şəhidi Ramiz Cəfərovun büstünü hazırlayıb.
Şəhidin büstü xatirə olaraq Masallı rayonunda yerləşən park ərazisində qoyulacaq.
Qeyd edək ki, şəhid Ramiz Sübhan oğlu Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeevka şəhərində anadan olub. Əslən Masallı rayonunun Ağakişibəyli (Şərəfə) kəndindən olan Ramiz 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
1992-1996-cı illərdə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil bitirdikdən sonra vətənə geri dönüb. O, alman, ingilis və rus dillərini bilirdi.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq, noyabrın 6-da şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, ölkə rəhbərinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid Ramiz Cəfərovun büstü Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə hazırlanır.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад