Главная > Mədəniyyət > Masallıda Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Masallıda Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib


27-09-2021, 21:56. Разместил: yeni321
Masallıda Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü,  rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı dəyirmi masa keçirilib.
Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə İdarə rəhbərliyi, şəhid ailələri, müharibə iştirakçıları və ziyalılar iştirak edib.
Tədbirdən öncə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Vətən uğrunda canından keçmiş hər bir şəhidin əziz, xatirəsinin əbədi və unudulmaz olduğunu nəzərə çatdırıb. İdarə rəisi haqq savaşında qazandığımız tarixi Zəfərdən bəhs edib, döyüşlər zamanı xalqımızın birlik və bərabərliyinin qələbədəki önəmini vurğulayıb.
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla qürur duyduğumuzu, şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib.
Şəhid valideynləri övladlarının həyatı və şərəfli döyüş yolundan bəhs edən hekayələri dilə gətirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndiriblər.
Müharibə iştirakçıları dövlət başçısı tərəfindən əhatə olunduqları qayğı və diqqətdən söz açıb, göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад