Главная > Mədəniyyət > Azərbaycanın ilk Zəfər filmi çəkilib
Azərbaycanın ilk Zəfər filmi çəkilib28-09-2021, 13:33. Разместил: yeni321 |
Azərbaycanın ilk Zəfər filmi çəkilib Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, “Beşatılan” adlı filmin hər seriyası bir saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir. Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır. Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb. Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Ekran əsərində baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər. Qeyd edək ki, filmin ssenari müəlliflərindən biri Nurəddin Ədiloğlu Masallı rayonunun Xırmandalı kəndindən, quruluşçu rejissoru Elçin Məmiyev Qasımlı kəndindəndir. Zəfərə həsr edilən bədii film 28-29 sentyabr tarixində (saat 21.50-də) "Mədəniyyət" kanalında nümayiş olunacaq. Вернуться назад |