Главная > Mədəniyyət > “TARİX YAZAN İGİDLƏRİMİZ” - Masallıda tədbir

“TARİX YAZAN İGİDLƏRİMİZ” - Masallıda tədbir


29-09-2021, 14:48. Разместил: yeni321
 “TARİX YAZAN İGİDLƏRİMİZ”  

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin ilk ildönümü ilə əlaqədar “Tarix yazan igidlərimiz” başlığı altında növbəti dəyirmi masa keçirilib. Tədbirdə müharibə iştirakçısı və mədəniyyət işçiləri iştirak edib.
İlk öncə, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva bir il öncə, 2020-ci ilin sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə başlanılması və sonrakı proseslər barədə fikirlərini ifadə edib. Əməkdar mədəniyyət işçisi ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə ruh yüksəkliyi ilə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımızın əzm və iradə ilə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələrin endirilməsindən bəhs edib.
 
Vətən müharibəsi qazisi, hazırda mədəniyyət sahəsində çalışan Orxan Əlirzayev çıxışında Vətənin ağır günündə könüllü olaraq döyüşlərə qatılmağı özünə borc sayıb və bu şərəfli missiyanın məsuliyyətini hər an hiss etdiyini deyib. O, eyni zamanda cəbhə yoldaşları ilə bağlı xatirələrindən, ordumuzun əməliyyatlardakı hərbi uğurlarından fəxarət hissi ilə danışıb.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Çingiz Quliyev və Masallı Dövlət Rəsm Qalereyasının direktor əvəzi Təhmasib Məcidov isə qazanılmış böyük hərbi-siyasi nailiyyət, şəhidlərin və müharibə iştirakçılarının ibrətli döyüş yolu, onlara göstərilən dövlət qayğısı və digər məsələlər barədə fikirlərini bildiriblər.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад