Главная > Mədəniyyət > “ŞƏHİDLƏRİ ANARKƏN” – Masallıda sərgi
“ŞƏHİDLƏRİ ANARKƏN” – Masallıda sərgi7-10-2021, 18:00. Разместил: yeni321 |
“ŞƏHİDLƏRİ ANARKƏN” – Masallıda sərgiOktyabrın 7-də karantin rejiminin tələblərinə riayət olunmaqla Masallı rayon Tarix Diyarşünaslıq Muzeyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar istedadlı dərnək üzvlərin əl işlərindən ibarət “Şəhidləri anarkən” başlığı altında sərgi - tədbir keçirilib. Tədbirdə uşaq-gənclər inkişaf mərkəzi, rayon tarix-diyarşünaslıq muzeyi və rayon dövlət rəsm qalereyasının əməkdaşları iştirak edib. İlk əvvəl, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Əməkdar mədəniyyət işçisi cəbhə uğurlarımızın ən başlıca səbəbini Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olduğunu qeyd edib. UGİM-nin direktoru Əsmər Axundova diqqətə çatdırıb ki, 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil:”Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olurduq.” O, mərkəzin dərnək üzvlərindən Həsənov Sübhan Rauf oğlu və Nəzərov Elməddin İsmayıl oğlu Vətən müharibəsinin ilk günlərindən doyüşə qatılaraq şəhidlik zirvəsinə ucalan şəhidlərin necə istedadlı olmaqlarından və xatirələrini daim əziz tutacaqlarını söyləyib. UGİM-nin dərnəy üzvü İbadova Zilan şəhidlərin xatirəsinə həsr etdiyi şeri səsləndirib. Məlumat üçün bildirək ki, sərgi Masallı Dövlət Rəsm Qalereyasında Qələbəmizin ildönümünə kimi davam edəcək. www.yeniheyet.az Вернуться назад |