Главная > Mədəniyyət > Masallı Xalq Teatrında şəhidlərə ithaf olunmuş tamaşa-kompozisiya
Masallı Xalq Teatrında şəhidlərə ithaf olunmuş tamaşa-kompozisiya12-10-2021, 15:30. Разместил: yeni321 |
![]() Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə həsr edilmiş növbəti tamaşa-kompozisiya oynanılıb. ![]() Jurnalist-publisist Akif Ağayevin şəhidlərlə bağlı mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanmış ədəbi-bədii kompozisiyanı Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi təqdim edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. ![]() Sosial şəbəkələr vasitəsilə canlı yayımlanan kompozisiyada torpağı Vətən edərək əbədiyyət qazanan igidlərimizi, doğma yurda sevgini tərənnüm edən şeirlər səsləndirilib, tamaşanın ithaf olunduğu şəhidlərin – Sahib Şirəliyev, Cavad İbadov, Elməddin Nəzərov, Sənan Səlimov, Musa Mustafayev, Sənan Seyfullayev və Məmmədağa Bağırovun həyat və döyüş yolu, onların doğmalarının iztirabları kövrək duyğularla, obrazlı şəkildə izləyicilərə təqdim edilib. ![]() Tamaşadan sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin valideynləri ilə görüşüb, onların ruhuna ehtiramını ifadə edib. ![]() Tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında rejissor Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev, Ruslan Zahidov və digərləri yaxından iştirak ediblər. ![]() ![]() www.yeniheyet.az Вернуться назад |