Главная > Mədəniyyət > Vətən müharibəsinin birinci ildönümü

Vətən müharibəsinin birinci ildönümü


13-10-2021, 16:00. Разместил: yeni321
  Vətən müharibəsinin birinci ildönümü 

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci dönümü ilə əlaqədar “Tarix yazan igidlərimiz” adlı növbəti dəyirmi masa keçirilib.
Tədbirdə gənclər, mədəniyyət işçiləri və müharibə iştirakıları iştirak ediblər.
İlk öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva istər birinci Qarabağ, istər Vətən müharibəsi dönəmində dövlət və xalqın birgə mübarizəsini və birliyinin əzmindən geniş danışıb.
Sonra Vətən müharibəsinin iştirakçıları Fərrux Xansuvarov və Fərid Nəzərov o ağır günlərin çətin anlarından, döyüş xatirələrindən söz salıb, dövlət tərəfindən onlara böyük qayğı ilə yanaşıldığını diqqətə çatdırıblar.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkilib.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад