Главная > Mədəniyyət > 20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib

20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib


16-12-2017, 23:28. Разместил: yeni321

 

20 Yanvar hadisələri və aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib


Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində 20 Yanvar Fondunun sədri Şövqi Bunyatovun müəllifi olduğu “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimatı keçirilib.

Tədbirdə dövlət himninin səsləndirilməsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə kitab haqqında məlumat verərək bildirib ki, nəşr yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin - 20 Yanvar faciəsinin və aprel döyüşlərinin təhlilinə həsr edilib. Əsərdə hər iki hadisə arasında aparılan müqayisədə əsas diqqət lider-millət vəhdətinin taleyüklü əhəmiyyətinə ayrılıb. Tarixi faktlara istinad edən müəllif 20 Yanvar hadisələrində ümummilli lider Heydər Əliyevin xalqına göstərdiyi mənəvi dəstəyi geniş təhlil edib, milli ruhun yüksəldilməsində bu dəstəyin əhəmiyyətini ön plana çıxarıb. “Dördgünlük müharibədə” qazanılan uğur isə güclü liderin və iradəli millətin sarsılmaz birliyinin nəticəsi kimi təhlil olunub. 
Kitabın elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı kitabda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu hadisələrlə bağlı bəyanatlarının, çıxışlarının, fərman və sərəncamlarının yer almasını onun önəmini daha da artırdığını diqqətə çatdırıb.
Sonda müəllif Şövqi Bunyatov nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.AZƏRTACшаблоны для dle 11.2
Вернуться назад