Главная > Mədəniyyət > Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mükafatlar təqdim edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mükafatlar təqdim edilib


16-12-2017, 23:33. Разместил: yeni321

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mükafatlar təqdim edilib



Yaradıcı insanların əməyinin dəyərləndirilməsi kimi məsuliyyətli bir missiyanı öz üzərinə götürən “Dədə Qorqud” Milli Fondu Vətənə, xalqa və öz köklərinə bağlı ziyalıları müntəzəm olaraq mükafatlandırır.
Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Dədə Qorqud” Milli Fondu və Azərbaycan Dünyası jurnalının birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mükafatların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən “Dədə Qorqud” Milli Fondunun direktoru Eldar İsmayılov Azərbaycan diasporunun ən geniş yayıldığı ölkələrdən birinin də Rusiya olduğunu deyib. Rusiya Federasiyasında diasporla yanaşı, cəmiyyət və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Dünyası jurnalı burada aktiv ictimai fəaliyyət göstərir, bir çox mədəni xeyriyyə aksiyalarında iştirak edir və təşkilatçı kimi çıxış edir. Jurnal öz fəaliyyətində demokratik prinsipləri, Azərbaycan Rusiya xalqlarının humanistik əlaqələrini rəhbər tutur, milli mədəni və mənəvi, ictimai-siyasi eləcədə vətəndaşların hüquqlarının və qanuni maraqlarının reallaşması yolunda ictimai-siyasi tədbirlər həyata keçirir. Həmçinin Azərbaycan ilə Rusiya arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Rusiyada yaşayan azərbaycanlıların hüquq və maraqlarının təmin edilməsində onlara dəstək olmaqdır. Diqqətə çatdırılıb ki, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının 8 nömrəsi Rusiyada yaşayan azərbaycanlılara həsr edilib.
Xaricdə rahat fəaliyyət göstərmək üçün yaradılmış yüksək səviyyəli şəraitə görə Eldar İsmayılov xaricdə yaşayan bütün azərbaycanlılar adından Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra “Azərbaycan Dünyası” beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondunun dəstəyi ilə Kemerovo vilayətinin “Azərbaycan-Rusiya dostluq” cəmiyyətinin sədri Fikrət Qasımov Rusiyada Azərbaycan diosporunun inkişafına və təbliğinə yönəlmiş işlərin aparılmasında, azərbaycanlıların öz hüquq və azadlıqlarının müdafiəsi yolunda göstərdiyi əməyinə, adət-ənənələrinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi “Qızıl ürək” ordeni ilə təltif edilib. Kemerovo vilayətinin “Azərbaycan-Rusiya dostluq” cəmiyyətinin sədr müavini Əli Əliyevə isə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərinə görə “Vətən övladı” ordeni təqdim olunub.
Tədbir çərçivəsində “Presspark” jurnalının və “Revanş” qəzetinin nümayəndələrinin Rusiyada yaşayan həmvətənlilərimiz arasında apardıqları sorğunun nəticələrinə əsasən, Fikrət Qasımov və Əli Əliyev göstərdikləri fəaliyyətə görə fəxri diplomla təltif olunublar.
Sədr müavini Əli Əliyev, həmçinin “Hacı Zeynalabdin” adına ordenlə təltif olunub.
”Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva mükafatçıları təbrik edib, Azərbaycandan kənarda yaşayan həmvətənlilərimizin fəaliyyətlərinin daim öz xalqına layiq olmasını arzulayıb. Bildirib ki, Azərbaycan tarixinin, mədəniyyətinin, reallıqlarının dünyaya çatdırılmasında ölkədən xaricdə yaşayan soydaşlarımızın rolu çox böyükdür. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması həqiqəti, Xocalı faciəsi barədə məlumatın xarici ölkələrə çatdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir.
Sonda xatirə şəkli çəkdirilib.
 шаблоны для dle 11.2
Вернуться назад