Главная > Mədəniyyət > “Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” – Masallıda tədbir

“Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” – Masallıda tədbir


29-10-2021, 10:24. Разместил: yeni321
“Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” – Masallıda tədbir
 
Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” mövzusunda tədbir keçirilib.
Yeniheyet.az xəbər verir ki, tələbələrin də qatıldığı tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Dilbər İbayeva Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan söz açaraq, dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu deyib: “Məhz Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir...”
Kollecin direktor müavini Dilarə Hüseynova çıxış edərək cari ilin “Nizami Gəncəvi İli” elan edilməsini Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib.
Mərkəzin əməkdaşı Şəfa Xəlilova, kollecin müəllimi Kəmalə İmanova və başqaları çıxışlarında bildiriblər ki, Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Tədbirdə tələbələr dahi şairin qəzəllərini səsləndiriblər.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад