Главная > Mədəniyyət > “Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov”

“Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov”


29-10-2021, 20:21. Разместил: yeni321
“Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov”  

Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı, dramaturq, tərçüməçi Mirzə İbrahimovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov” adlı tədbir keçirilib.
Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, görkəmli ədib Mirzə İbrahimov ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanın mədəni və ideoloji-siyasi həyatında silinməz izlər qoymuşdur.
«Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, məruzə ilə çıxış edən kitabxana əməkdaşı Ağahüseyn Hüseyni M.İbrahimovun həyat və yaradıcılığı haqqında məlumat verib: “Yazıçının ədəbi yaradıcılığının ilk nümunəsi olan “Qazılan buruq” şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. Bu, onu fərəhləndirib, elə həmin vaxtdan da ədəbi-bədii yaradıcılıqla böyük ilhamla məşğul olub. Görkəmli yazıçı 1941-ci ildə Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetində məsul redaktor vəzifəsində işləyib, “Həyat və ədəbiyyat”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib. Bundan sonra bir-birinin ardınca “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı-dramaturq, doktor Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edib. Dünya ədəbiyyatı klassiklərinin əsərlərini ana dilimizə çevirmiş Xalq yazıçısı M.İbrahimovun bugünədək aktuallığını itirməyən kitabları müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov, çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.”

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад