Главная > Mədəniyyət > Jurnalın yeni nömrəsi çapdan çıxıb

Jurnalın yeni nömrəsi çapdan çıxıb


18-12-2017, 14:54. Разместил: yeni321
Jurnalın yeni nömrəsi çapdan çıxıb


“Azərbaycan” jurnalının...


Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi orqanı olan “Azərbaycan” jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın “Poeziya” bölməsində Barat Vüsal, Qəşəm Nəcəfzadə, Xəyal Rza, Ağacəfər Həsənli və başqalarının yeni şeirləri yer alıb. “Nəsr” bölməsində Təranə Vahidin “Qripin olmadığı yer”, Vüqar Haqverdiyevin “Sehirli tütək” və “Uçan fincanlar” hekayələri dərc olunub.
Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində oxucular Xalq Yazıçısı Elçinin “Söz azadlığı tənqidimizə nə verib?” məqaləsini oxuya biləcəklər. Eyni zamanda, Vaqif Yusiflinin, Bədirxan Əhmədlinin, Qurban Bayramovun yazıları ilə tanış olacaqlar.
Nəşrin yeni nömrəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş yazılarla yanaşı, “Kitab rəfi” bölməsində yeni nəşrlər barədə məlumatlar da yer alıb.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.
шаблоны для dle 11.2
Вернуться назад