Главная > Mədəniyyət > "Zəfər Bayrağı" kompozisiyası – Masallı Xalq Teatrında

"Zəfər Bayrağı" kompozisiyası – Masallı Xalq Teatrında


6-11-2021, 19:33. Разместил: yeni321
Masallı Xalq Teatrında "Zəfər Bayrağı" kompozisiyası tamaşaçılara təqdim olunub             

Noyabrın 6-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin növbəti ədəbi-bədii kompozisiyası səhnəyə qoyulub.
Yeniheyet.az xəbər verir ki, ədəbi-bədii kompozisiya Zəfər Günü ərəfəsində izləyicilərə təqdim edilib.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun Aprel döyüşləri və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin əziz xatirəsinə həsr etdiyi səhnə əsərinin təqdimatından əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə əldə olunan tarixi Zəfərdən və bu Qələbədə masallılı igidlərdən söz açaraq, İntiqamların intiqamının alınmasından danışıb, müasir tarixdə onların adlarının əbədi qalacağını qeyd edib.
Şəhidlər anası Ziba Əsgərova ailəsinə göstərilən qayğı və ehtiramdan şərəf duyduğunu bildirərək övladlarına necə Vətən məhəbbəti aşıladığını bildirib.
Bir pərdəli, üç şəkilli kompozisiyanın müəllifi, yazıçı-publisist Nurəddin Ədiloğlu çıxış edərək İntiqam və Nurlan qardaşları kimi övlad yetirən Azərbaycanı, Ana torpağı, ata-ananı, müəllimləri dilə gətirib.
"Zəfər Bayrağı" tamasası əvvəlcə doğma yurd yerlərində, Masallının Viləş kəndində ata-bala, Bayram və İntiqam, bacısıları arasındakı dialoqla başlayıb.
Bütün tamaşaboyu Vətən nisgili, doğma yurd yerlərimiz olan Qarabağ, döyüş motivləri, hərb xatirələri tutarlı bədii obrazlarla təsvir olunub.
Videotamaşaçılar "Zəfər Bayrağı"nı həzin musiqi sədaları altında maraqla izləyiblər.
 
Sonra tələbələr şəhidlərin həyatından bəhs edən şeirlər söyləyiblər.
Tamaşadan sonra Masallı RİH başçısı Ş.Məmmədov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və digər rayon rəsmiləri şəhid valideynləri ilə görüşərək onlara səbir diləyib, şəhid Vətən övladlarının ruhuna ehtiramlarını ifadə ediblər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад