Главная > Mədəniyyət > “QARABAĞA QAYIDIŞ” – Masallıda intellektual yarış
“QARABAĞA QAYIDIŞ” – Masallıda intellektual yarış13-11-2021, 17:54. Разместил: yeni321 |
"Qarabağa qayıdış" devizi altında intellektual yarış Masallı şəhər Onbirillik İncəsənət Məktəbində təhsil alan şagirdlər arasında intellektual yarış təşkil edilib. Yeniheyet.az xəbər verir ki, intellektual yarışın təşkilində məqsəd şagirdlərin müəssisənin tədris proqramında nəzərdə tutulmuş biliklərə yiyələnmə və müvafiq dünyagörüşü səviyyəsini sınamaq, musiqi sahəsində mənimsənilmiş nəzəri biliklərin tətbiqi bacarıqlarını yoxlamaq, həmçinin şagirdlər arasında təhsilə marağın artırılmasıdır. "Qarabağa qayıdış" devizi altında keçirilmiş bilik yarışı musiqi sahəsinin müxtəlif istiqamətlərini əhatə edib. Yarışda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları münsiflər qismində iştirak ediblər. Bilik yarışından öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Ümumilikdə beş məktəb komandasının iştirak etdiyi intellektual yarış iki mərhələdən ibarət olub. Musiqi sahəsinə dair sualları ehtiva edən yarış maraqlı bilik mübarizəsi şəraitində davam edib. İntellektual yarışın yekun nəticələrinə əsasən "Adajio" komandası münsiflər heyəti tərəfindən mübarizənin qalibi elan olunub. Sonrakı yerlərə isə müvafiq olaraq "Andante" və "Moderato" komandaları sahib çıxıb. Qalib komanda üzvlərinə İdarə rəhbərliyi tərəfindən diplom və həvəsləndirici pul mükafatları təqdim edilib. www.yeniheyet.az Вернуться назад |