Главная > Mədəniyyət > Masallıda şəhid ailələri ziyarət olunur

Masallıda şəhid ailələri ziyarət olunur


19-11-2021, 17:18. Разместил: yeni321
Masallıda şəhid ailələri ziyarət olunur 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin və Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə rayonunun şəhid ailələrinə növbəti dəfə baş çəkilib.
Ziyarətlərdə adıçəkilən yerli həmkarlar təşkilatının sədri Vəkil İsmailov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və digər mədəniyyət işçiləri iştirak ediblər.
Mədəniyyət işçiləri Ərkivan qəsəbəsində şəhid Sənan Mətləb oğlu Seyfullayevin, Böyük Xocavar kəndində şəhid Məhəmməd İlham oğlu Əliyevin və Hüseynhacılı kəndində şəhid Elçin Qismət oğlu Novruzovun ailəsində qonaq olublar.
 
Görüşlər zamanı ziyarətçilər şəhidlərin ailə üzvlərinə qayğı ilə yanaşıb,  valideynlərə səbir diləyərək övladlarının ruhuna sayğı, ehtiram göstəriblər. Valideynlər oğullarının döyüş yolundan bəhs edərək qonaqları şəhid övladlarının xatirə guşələri ilə tanış ediblər.
Ailələrə yerli həmkarlar komitəsinin maddi dəstəyilə hazırlanmış yardım bağlamaları təqdim olunub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад