Главная > Mədəniyyət > Masallının bir qrup mədəniyyət işçisi "Təşəkkürnamə" ilə təltif olunub

Masallının bir qrup mədəniyyət işçisi "Təşəkkürnamə" ilə təltif olunub


1-12-2021, 19:34. Разместил: yeni321
Masallının bir qrup mədəniyyət işçisi "Təşəkkürnamə" ilə təltif olunub
 
Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə çalışan bir qrup mədəniyyət işçisi idarənin rəhbərliyi tərəfindən "Təşəkkürnamə"si ilə təltif olunub.
Yeniheyet.az xəbər verir ki, 8 Noyabr - Azərbaycanda Zəfər Günü münasibətilə keçirilmiş tədbirlərdə fəal iştirak və təşkilatçılığa görə verilmiş adıçəkilən fəxri mükafatlar 30 noyabr tarix sahiblərinə təqdim edilib.
 
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov mədəniyyət işçilərini təbrik edib, onlara gələcək işlərində uğur arzulayıb. O, rəhbərlik etdiyi kollektivin son zamanlardakı fəaliyyəti və reallaşdırılan yeni mədəni-yaradıcı layihələrdən danışıb. B.Qılıncov təltif olunan işçilərin bundan sonra da fəaliyyətlərində fəallıq göstərərək yeni təşəbbüslərlə mədəniyyətə töhfələr bəxş edəcəklərinə əminliyini ifadə edib.
Mədəniyyət işçiləri onlara göstərilən diqqət və yaradıcı əməyə verilən dəyərə görə idarə rəisinə minnətdarlıqlarını bildiriblər.
Sonda mədəniyyət işçilərinə fəxri mükafatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад