Главная > Mədəniyyət > Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Masallıda

Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Masallıda


3-12-2021, 20:10. Разместил: yeni321
Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Masallıda 

Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Masallıda geniş konsert proqramı ilə çıxış edib.
Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin musiqi və incəsənət məktəbləri arasında sənət münasibətlərinin qurulması və qarşılıqlı yaradıcılıq səfərlərinin təşkili təşəbbüsü çərçivəsində konsert proqramı keçirilib.
Dekabrın 2-də baş tutan incəsənət tədbirində Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin pedaqoji və şagird kollektivi geniş musiqi proqramı ilə çıxış edib.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov qonaq kollektivi salamlayıb və tədbirdə iştiraka görə onlara təşəkkür edib. İdarə rəisi məktəblər arasında təhsil və yaradıcılıq sahəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılması, habelə qastrol səfərlərinin təşkilinə birgə təşəbbüsün göstərilməsini müsbət qarşılayıb. Rəis həmçinin, bu səpkili səfərlərin olmasını səmərəli hesab edib, əlaqələrin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru İkram Manafov isə dəvətə və kollektivinə yaradılan şəraitə görə İdarə rəisi və Masallıdan olan həmkarı Fərhad Qurbanova minnətdarlığını bildirib. İ. Manafov qarşılıqlı səfərlərin kollektivlər arasında yaradıcılıq əlaqələrinə və şagirdlərin inkişafına töhfə verəcəyini deyib.
Çıxışlardan sonra qonaq musiqi kollektivinin konsert proqramı başlayıb. İlk olaraq, şagirdlər ritm alətlərində nümunəvi çıxışlar ediblər. Sonra tədbir məktəbin pedaqoji və şagird heyətinin iştirakı ilə davam edib. Qonaqlar konsert ərzində bir-birindən zövqlü musiqi kompozisiyaları, müxtəlif alətlərdə solo ifalar səsləndiriblər.
Pandemiya şərtlərinə əməl edilməklə keçən sənət proqramı tədbir iştirakçıları tərəfindən maraq və məmnunluqla seyr edilib



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад