Главная > Mədəniyyət > Masallının mədəniyyət işçiləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Masallının mədəniyyət işçiləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər5-12-2021, 14:53. Разместил: yeni321 |
Masallının mədəniyyət işçiləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə adıçəkilən qurum əməkdaşlarının Bakı şəhərinə səfəri təşkil edilib. Yeniheyet.az xəbər verir ki, səfər çərçivəsində Birinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub. Kollektivlər əvvəlcə Birinci Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad ediblər. Daha sonra mədəniyyət işçiləri Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin əyani təcəssümü olan Hərbi Qənimətlər Parkını ziyarət ediblər, 44 günlük Vətən müharibəsində ordumuzun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar. Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında təəssüratlar yaratmaqla yanaşı, onlarda qürurlu və sevincli anlar yaşadıb. www.yeniheyet.az Вернуться назад |