Главная > Mədəniyyət / Manşet > Masallıda “KOREYANIN NƏFƏSİ” adlı konsert keçirilib

Masallıda “KOREYANIN NƏFƏSİ” adlı konsert keçirilib


14-11-2017, 20:37. Разместил: yeni321
Masallıda “KOREYANIN NƏFƏSİ” adlı konsert keçirilib
   
07 noyabr 2017-ci il tarixdə Masallı Rayon Olimpiya İdman Kompleksində Koreya və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və Koreya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Koreyanın Nəfəsi” adlı konsert keçirildi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və Koreya Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri cənab Kim Çanq-qyu açılış nitqi söyləyiblər.
Masallı Olimpiya İdman Komleksində keçirilən konsertdə Koreya milli musiqi alətləri və Koreya milli çalğı alətlərinin ifasında Koreya xalq mahnıları və milli rəqslər təqdim olunub.
Qrup üzvləri həmçinin Koreya milli musiqi alətlərində Azərbaycanın Dövlət Himnini, “Sarı gəlin” xalq mahnısını səsləndiriblər.
20 ildən çox təcrübəyə malik, milli mədəniyyətə böyük sevgi və həvəs göstərən Samul Qvanq De qrupu maraqlı konsert proqramı ilə Koreyanın əsrarəngsiz mədəniyyətinin harmoniyasını nümayiş etdirib.
Tədbirin yekununda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbirin təşkilinə görə Koreya Respublikasının səfirinə, səfirliyin əməkdaşlarına, musiqi qrupu üzvlərinə masallılar adından minnətdarlıq bildirib, musiqiçilərə və səfirə milli hədiyyələr təqdim edib.
 

 

шаблоны для dle 11.2
Вернуться назад