Главная > Mədəniyyət > Masallıda narkomaniya və erkən nikahlar mövzusunda tamaşa nümayiş olunub
Masallıda narkomaniya və erkən nikahlar mövzusunda tamaşa nümayiş olunub18-12-2021, 21:00. Разместил: yeni321 |
Masallıda narkomaniya və erkən nikahlar mövzusunda tamaşa nümayiş olunub Masallı şəhər Mədəniyyət Evinin səhnəsində narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuş "Bir ailənin faciəsi" tamaşası nümayiş olunub. Ssenari müəllifi tanınmış jurnalist Əlihüseyn Şükürov olan səhnə işi Masallı Dövlət Regional Kolleci, rayon Gənclər və İdman İdarəsi, rayon Gənclər Evi, rayon Polis Şöbəsi və Masallı Xalq Teatrının birgə təşəbbüsü və iştirakı ilə hazırlanıb. Təqdimatdan əvvəl şəhidlərimizi xatirəsi ehtiramla anılıb. Yeniheyet.az xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolad və digərləri çıxışlarında tamaşada toxunulan ictimai problemləri günümüzün aktual məsələlərindən biri kimi xarakterizə edib, problemlərlə təsirli mübarizə üsullarından söz açıblar. Təqdim olunan kompozisiyada narkomaniya və erkən nikahların doğurduğu ailədaxili və ictimai problemlərə diqqət çəkilib, potensial təhlükələr bədii üsullarla qabarıq əks etdirilib. Qeyd edək ki, tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir. Kompozisiyanın prodüseri Mərhəmət Lələyevdir. www.yeniheyet.az Вернуться назад |