Главная > Mədəniyyət / Təhsil > Masallı məktəbliləri interaktiv ekskursiya layihəsində....

Masallı məktəbliləri interaktiv ekskursiya layihəsində....


20-12-2021, 20:42. Разместил: yeni321
Masallı məktəbliləri interaktiv ekskursiya layihəsində....

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsində Masallı məktəbliləri də iştirak edir.
Yeniheyet.az xəbər verir ki, ekskursiyalarda rayonumuzun təhsil ocaqlarının 250 nəfər şəhid və qazi övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları olan məktəblilər iştirak edir.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, muzeylərin kolleksiya fondu ilə tanış etməkdir. Eyni zamanda, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə məlumatlandırmaqdır.
İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Milli Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli Tarixi-Bədii Qoruğuna, “Suraxanı” tanker-muzeyinə və “YARAT” Müasir İncəsənət Mərkəzinə təşkil olunur.
Layihə çərçivəsində təşkil olunan birgünlük ekskursiyalarda Masallı, Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı rayonlarının məktəbliləri iştirak edir.
 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад