Главная > Mədəniyyət > Masallıda "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib

Masallıda "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib


21-12-2021, 23:21. Разместил: yeni321
Masallıda "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib

Dekabrın 21-də Masallı "Nizami dünyası" musiqili ədəbi-bədii kompozisiyası təqdim edilib.
Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin birgə əməyilə səhnəyə qoyulub.
Yeniheyet.az xəbər verir ki, dahi şairin adını daşıyan sənət ocağında - rayon Mədəniyyət Mərkəzində reallaşan təqdimatda rayon rəsmiləri,  mədəniyyət işçiləri, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Nizami Gəncəvinin yubileyilə əlaqədar müxtəlif mədəniyyət tədbirlərinin keçirildiyini, şairin həyat və ədəbi yaradıcılığına həsr olunmuş bədii kompozisiyaların mənəvi-tərbiyəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova "Nizami Gəncəvi İli" çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, mədəniyyət müəssisələrinin fəaliyyətini uğurlu hesab edib, keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra musiqili ədəbi-bədii kompozisiya göstərilib.
Tədbirin yekunun mədəniyyət tədbirlərində fəal iştirak edən tələbələrə “Təşəkkürnamə" təqdim edilib.




 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад