Главная > Mədəniyyət > “Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı

“Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı


27-12-2021, 22:13. Разместил: yeni321

“Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı 

Dekabrın 27-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimyyətinin təşkilatçılığı ilə müəllifləri İldırım Şükürzadə və Zahir Əmənov olan “Masallının tarix və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib.
Yeniheyet.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açaraq kitabın rayon üçün dəyərli olduğunu göstərib, rayon rəhbərinin kitabın müəlliflərinə və tədbir iştirakçılarına salamını çatdırıb.
Kitabın müəllifləri – araşdırmaçı-jurnalist Zahir Əmənov, tədqiqatçı-tarixçi İldırım Şükürzadə kitabın ərsəyə gəlməsində əməyi olan bütün yazarlara minnətdarlıq edərək, məziyyətlərindən danışıb, vəsaitin kitabxanalar və məktəblilər üçün çox vacib olduğunu, belə tarixi kitabların yazılmasının artıq ənənə şəklini aldığını diqqətə çatdırıblar.
“Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri, tanınmış xeyriyyəçi xanım, həmyerlimiz Arzu Bağırova, Milli Məclis deputatının köməkçisi Hekayət Nəzərov, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Boradigah qəsəbə tam orta məktəbin direktoru, şair Nurməmməd Ağayev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisit Ələşrəf Niftiyev və başqaları çıxış edərək kitabın Masallı rayonunun tarix və mədəniyyət abidələrinin öyrənilməsi və gələcək nəslə çatdırılması yolunda çox önəmli olduğunu vurğulayıblar: “Əminik ki, hər bir masallılının stolüstü kitabına çevriləcək bu qiymətli məlumat mənbəyi Masallıya təşrif buyuracaq qonaqlara da səfər ərəfəsində bələdçi olacaq.”
Bildirilib ki, Masallının tarixi keçmişi, toponimləri, inzibati-ərazi bölgüsü, muzeylər, kurqanları, qəbiristanlıqlar və nekropoları, qalaları, məscid və ziyarətgahları,  hamamları, körpüləri, bulaqları, ləmləri və s.-dən bəhs edilən kitabda rəsmən qeydə alınmış arxeoloji, memarlıq, memorial, monumental, bağ-park və dekorativ-tətbiqi sənət nümunələri ilə yanaşı, eyni zamanda bu qəbildən olub, rəsmən abidə kimi qeydə alınmamış abidələr haqqında da məlumat verilir.
Sonda təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib.
Məlumat üçün bildirək ki, 300 tirajlı, 368 səhifəlik kitab Bakıda, “CBS-PP” nəşriyyatında yüksək keyfiyyət və nəfis şəkildə çap olunub.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад