Главная > Mədəniyyət > Masallılı həkim-yazarın əsəri Heydər Əliyev Sarayının səhnəsində…

Masallılı həkim-yazarın əsəri Heydər Əliyev Sarayının səhnəsində…


31-12-2021, 15:44. Разместил: yeni321
  Şahin Musaoğlunun “Beş qapı” tamaşası təqdim olunub
 
Heydər Əliyev Sarayında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Beş qapı” tamaşası təqdim olunub
Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
 
Heydər Əliyev Sarayının “Nizami Gəncəvi ili” çərçivəsində keçirdiyi yekun tamaşanın ssenari müəllifi nasir, şair-bəstəkarŞahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Musiqili tamaşada müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlmişdir. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutub.
Qeyd edək ki, tamaşanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrindən ibarət olub.
 
Məlumat üçün bildirək ki, Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki ATU) bitirib. 4 il Biləsuvar rayonunda həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işləyib.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin, MDB Beynəlxalq Yazıçılar Birliyinin, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır.
Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Ş.Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər  Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı - “İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Sözləri Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum”, Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq”, Rüstəm Behrudinin “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад