Главная > Mədəniyyət > MASALLI: Şərəfədə “Şərəfli döyüş yolu” kitabının təqdimatı keçirilib

MASALLI: Şərəfədə “Şərəfli döyüş yolu” kitabının təqdimatı keçirilib


11-01-2022, 19:15. Разместил: yeni321
Şəhidlərə həsr olunmuş kitabın təqdimatı

Masallı rayonunun Şərəfə kəndindəki Mərasim Evində torpaqlarımızın azadlığı uğrunda canından keçən şərəfəli və ağaşbəyli şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçirilib.
Pərvanə Ziyadovanın müəllifliyilə Şərəfənin 9 şəhidinin ömür yoluna həsr olunmuş “Şərəfli döyüş yolu” adlı kitabının təqdimat mərasimində Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Suqovuşanın azad olunmasına görə” medallı Qəşəm Hadıyev, «Cənub.az» saytının rəhbəri Zahir Əmənov, veteran müəllim Xankişi Xankişiyev, Elşad müəllim, Nahidə Məmmədova, Hacı Sərdar Ağababayev, Şərəfə kənd şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova, tanınmış iş adamı və xeyriyyəçi Əliməmməd Ziyadov və başqaları çıxış edərək tədbir iştirakçılarını 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və kitabda haqqında yazılan, torpaqlarımızın azadlığı uğrunda canından keçən şərəfəli və ağaşbəyli şəhidlərindən danışıblar.
Görüş zamanı şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran müəllif Pərvanə Ziyadova bildirib ki, kitabda münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən qəhrəman şərəfəli şəhidləri haqqında ətraflı məlumat var.
Tədbirdə aktyor Cəmaləddin Əliyevin və Şərəfə kənd məktəbinin tarix müəllimi Sərmayə Musayevanın müəllifliyi, şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub, iştirakçılara kitab nüsxələri paylanılıb.
Sonda şəhidlərin məzarı ziyarət edilib, ruhlarına dualar oxunub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад