Главная > Mədəniyyət > “Masallı yazarları” ədəbi məclisinin növbəti məşğələsində

“Masallı yazarları” ədəbi məclisinin növbəti məşğələsində


20-12-2017, 15:46. Разместил: yeni321
 
“Masallı yazarları” ədəbi məclisinin növbəti məşğələsində


“Yeni həyat” qəzeti redaksiyasında “Masallı yazarları” ədəbi məclisinin növbəti məşğələsi keçirilmişdir. Məşğələ AYB-nin üzvü, şair Arif Fərzəlinin yeni çapdan çıxmış “Tarix kitabı” nın təqdimatı ilə başlanmışdır. 
Kitabın redaktoru Rəsul Rzayev, “Yeni həyat” qəzetinin əməkdaşları Həsənağa Əliyev, Akif Ağayev, Südabə Məmmədova, məşğələ üzvləri Şakir Mahmudlu, Tahir Heydərli, Xanlar Rəsuloğlu müəllifin yaradıcılığı barədə danışmış, şeirlərini təqdir etmişlər. 
Şakir Mahmudlu, Məlikməmməd Məcidov, Soltanağa Cəfərov və Adbala Əmənovun şeir, hekayə və publisist yazıları oxunmuş, əsasən bəyənilmişdir. 
“Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov “Xəbər janrı və ona verilən tələblər” mövzusunda gənc müxbirlərə məlumat vermişdir.
 
 “Yeni həyat”,
  www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад