Главная > Mədəniyyət > Həmişə fəaldırlar...
Həmişə fəaldırlar...20-12-2017, 15:57. Разместил: yeni321 |
Həmişə fəaldırlar... Masallı Rayon Ağsaqqallar Şurasında Rayon "Ağsaqqallar klubu"nda ərazi vahidləri dayaq məntəqələri üzrə ağsaqqallar təşkilatı sədrlərinin, fəalları və şura üzvlərinin iştirakı ilə yığıncaq keçirilmişdir . Rayon surasının sədri Ələşrəf Niftiyev il ərzində görülən işlərin təhlilini aparmaqla, diqqəti qarşıda duran vəzifələrin həllinə yönəltmişdir. Bununla bağlı təşəbbüskarlığın və tələbkarlığın, habelə əməli fəaliyyətin yaxşılaşdırılması vasitəsilə bütün təxirəsalınmaz sahələrdə ağsaqqalların təbliğat-təşviqat işlərində daha təsirli və məhsuldar iştirakını ön plana çəkmişdir. Natiq həmçinin yerlərdə ağsaqqallar üçün klubların, otaq və guşələrin təşkili sahəsində Ərkivan, Yeyənkənd, Göyəçöl, Bədəlan, Tüklə, Qızılavar ərazilərində müvafiq şəraitin yaradılmasını müsbət hal kimi dəyərləndirərək bəzi ərazilərdə məsələyə laqeyd yanaşılmasını hallarını da diqqətə çatdırmışdır. Müzakirələrdə Köhnə Alvadı, Güllütəpə, Həsənli, Xırmandalı ərazi vahidləri üzrə ağsaqqallar şurasının sədrləri Ə.Əlişov, M.Əlinağıyev, Y.Hüseynov, H.Abıyev və başqaları yerlərdə müsbət iş təcrübəsi nümunələrini sadalayaraq təcrübə mübadiləsi aparmış, müxtəlif məsələ və problemlərin həllində ağsaqqal mövqeyinə, nüfuz və təsir qüvvəsinə, xeyirxah və tələbkarlıq sözünə ehtiyac duyulduğundan söhbət salmışlar. Tədbirdə Masallı rayonunda sahibkarlığın inkişafı, torpaq mülkiyyətçilərinə yaradılmış şəraitə rəğmən çayçılığın, çəltikçiliyin, tütünçülüyün, baramaçılığın, sitrus bitkiləri sahələrinin genişləndirilməsi və inkişaf etdirilməsində qüvvələrin daha səmərəli səfərbər olunması ilə əlaqədar səylərin artırılmasına önəm veriləcəyi vurğulanışdır. Yaşıllıq və yol-abadlıq işləri, yeniyetmə gənclərin tərbiyəsi, ailə-məişət problemləri, erkən nikahlara, dini ekstremizm hallarına, zərərli vərdişlərə qarşı mübarizə, adət-ənənələrin, xeyir-şər mərasimlərinin keçirilməsində müvafiq qayda-qanunlara və tövsiyələrə əməl olunması vacib vəzifə kimi bir daha qarşıya qoyulmuşdur. Bu mövzularda ərazilərdə təşkilatların birgə təşəbbüskarlığı və iştirakı ilə müxtəlif tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi üzərində geniş diskussiya aparılmışdır. Fəallar yığıncağında yerlərdəki ağsaqqallar şuralarının aparılan işlərə dair fəaliyyəti işgüzarcasına müzakirə olunaraq növbəti ilin vəzifələrinə dair tövsiyə xarakterli qərarlar qəbul edilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışlar. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |