Главная > Mədəniyyət > “2022-ci il Şuşa ilidir!” mövzusunda dəyirmi masa
“2022-ci il Şuşa ilidir!” mövzusunda dəyirmi masa28-01-2022, 18:26. Разместил: admin44 |
Masallı rayon Heydər Əliyev MərkəzindəAzərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “2022-ci il Şuşa ilidir!” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin əməkdaşları da iştirak ediblər. Əvvəlcə xalqımızın azadlığı və müstəqilliyi yolunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Şuşa ili” ilə bağlı mərkəzdə təşkil ediləcək silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açaraq Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın mədəni həyatındakı yeri barədə məlumat verib. Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edərək təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhərinin zəngin inkişaf yolu keçərək Azərbaycanın və ümumilikdə bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynadığını qeyd edib. Kollecin əməkdaşları çıxış edərək “Şuşa İli”nin əhəmiyyəti barədə danışıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıblar. Sonda “dəyirmi masa” iştirakçıları Mərkəzin əməkdaşı Aqşin Quliyevin hazırladığı “2022-ci il Şuşa ilidir!” mövzusunda videoçarxı izləyiblər. www.yeniheyet.az Вернуться назад |